Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ləzgilərin özünəməxsus qədim Novruz ənənələri
Qusarda yaşayan ləzgilər keçmişdən gələn Novruz adət-ənənələrini qoruyub saxlayır və nəsildən-nəslə ötürürlər.
Onlar Bahar bayramını "Yaran suvar" adlandırırlar. "Yaran suvar" torpağın oyanışı, yeni gün deməkdir.
Bayram münasibətilə Qusarda olan Baku TV əməkdaşı ləzgilərin özünəməxsus Novruz ənənələri ilə tanış olub.
"Bayramda iməcilik edirik. Xalça, corab toxuyur, yun darayırıq, cehiz hazırlayırıq. Qızı ərə vermək üçün ləzgilərin adətidir ki, qohum-qonşu bir yerə yığılır, hamı birlikdə qızı yola salır", - Qusar sakini deyib.
"Bu bayram hər il təntənəli formada qeyd olunur. Papaq bizdə çox qiymətli, müqəddəs geyim növüdür. Kişilər həmişə papağı qoruyublar. Biz də çalışırıq ki, bunu qoruyaq", - başqa bir sakin söyləyib.
Daha ətraflı süjetdə:

"Novruz bayramı" teqi üzrə xəbərlər
- Xameneinin 80 yaşlı müşaviri xəstəxanaya yerləşdirildi
- "TikTok"da keçirilən "Novruz 2025" ilk onlayn festivalında 12 min video paylaşılıb
- Xronika: "Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq"
- "Qırmızı Ürəklər" Fondu 485 ailəyə bayram sevinci yaşatdı
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir