Vilnüs hakimiyyəti və Türkiyənin “Turkish Airlines” şirkətinin nümayəndələri Türkiyədən Vilnüsə turist axının artırmağı müzakirə ediblər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Vilnüsün meri Ryamigiyus Şimaşyus “Turkish Airlines”ın Litvadakı rəhbəri Hasan Serkan Binyar ilə türk turistlərinin Vilnüsə, vilnüslilərın isə İstanbula cəlb edilməsi məsələsi istiqamətində əməkdaşlığı müzakirə ediblər.
Merin müşaviri Aleksandr Zubryakov bildirib ki, tərəflər mümkün birgə marketinq kampaniyaların keçirilməsi imkanlarının nəzərdən keçirməyə dair razılığa gəliblər.
“İstanbulda Vilnüsə dəvət reklamının yayılması imkanları nəzərdən keçirilir (...) Litvaya Türkiyə, Azərbaycan, Qazaxıstan və İsraildən daha çox turistin gəlməsini istərdik”, A.Zubrev bildirib.
“Turkish Airlines” 2013-cü ildə Vilnüs və İstanbul arasında aviareys açıb, bu ilin yayından isə uçuşlar gündəlik olaraq həyata keçirilir.