“Bozbash pictures”in Fəlakəti, aktyor Elşən Orucov əməliyyat olunmasından danışıb.
Oxu.Az-a aşıqlama açıqlama verən aktyor appendisitdən əməliyyat olunduğunu söyləyib:
“Əməliyyat uğurlu keçdi. İndi özümü yaxşı hiss edirəm. Hər şey öz axarı ilə davam etsə bir-iki günə xəstəxanadan evə yazılacağam”.
Qeyd edək ki, “Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub və o təcili tibbi yardım avtomobili ilə Bakıya çatdırılıb.

Aytən Sadıqzadə
www.oxu.az