Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lökbatan qəsəbəsində istehlaka yararsız at əti aşkarlanıb
Lökbatan qəsəbəsində reyd zamanı istehlaka yararsız ət aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fiziki şəxs İsmayılov Gülabba Ələkbər oğluna məxsus 77-AL-754 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.
Baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayiətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub. Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ətin dövriyyədən çıxarılması təmin edilib. Araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Yeniyetmə və gənclər arasında artan aqressiya - Övladlarımızı necə qoruyaq?
- Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
- "Oleq Bakinski"nin məhkəməsi: Prokuror vəsatəti əsassız hesab etdi
- "Qisas almaq üçün əvvəldən planlaşdırmışdı" - Kişinin cinsi orqanının kəsildiyi hadisənin TƏFƏRRÜATI
- Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI