Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Macarıstanda universitet kitabxanasında Azərbaycan guşəsi - FOTO
Mayın 3-də Budapeştdə Azərbaycan Macarıstan Gənclər Birliyi (AHYU) və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin birgə təşəbbüsü və səfirliyin bilavasitə iştirakı ilə Dunayvaroş Universitetinin kitabxanasında Azərbaycan guşəsi açılıb.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan guşəsində səfirliyin müraciəti əsasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetindən əldə edilərək Dunayvaroş Universitetinə azərbaycanlı müəlliflərin Azərbaycan və xarici dillərdə müxtəlif sahələr üzrə 200-ə yaxın tədris vəsaiti və digər kitablar hədiyyə edilib.
Guşədə Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi, turizm potensialı, Qarabağın və digər bölgələrin görməli yerləri və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə dair kitablar nümayiş olunacaq.
Tədbiri giriş sözü ilə Dunayvaroş Universitetinin təhsil və ümumi məsələlər üzrə prorektoru Monika Rayçani-Molnar açaraq, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələsinə toxunub, təmsil etdiyi universitetin Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dövlət Aqrar Universiteti ilə tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlıq etdiyini bildirib.
Sonra çıxış edən səfir Vilayət Quliyev bu kimi layihələrin elm sahəsində əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb. O, bu istiqamətdə səylərin davam etdiriləcəyini söyləyib. Həmçinin V.Quliyev gələcəkdə qarşılıqlı əsasda yaradılacaq belə kitab guşələrində nümayiş olunacaq kitabların iki ölkənin tanınmasında mühüm rol oynayacağını bildirib. Bununla yanaşı, səfir bu prosesdə iki ölkənin tələbələrinin fəal iştirakının önəmli olduğunu qeyd edib.
Daha sonra AHYU-nun nümayəndəsi Murad Aslanlı təqdimatla çıxış edərək, təmsil etdiyi təşkilatın fəaliyyəti barədə danışıb və Azərbaycanın mədəniyyəti, tarixi, mətbəxi, habelə multikulturalizm mövzusunda Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər haqqında məlumat verib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının səfirliyi və Dunayvaroş Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Daha sonra kitabxanada yaradılmış Azərbaycan kitab guşəsinin, habelə kitabxanada və universitetin əsas binasının foyesində “Azərbaycan kitab guşəsi” lövhələrinin açılışı olub.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər