İspaniyanın paytaxtında Azərbaycan restoranı fəaliyyət göstərir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, restoranın sahibi Cəbrayıl Əhmədov artıq 15 ildir ki, Madriddə yaşayır. O, övladlarını da orada böyüdüb.
Ailə ispan cəmiyyətinə tam inteqrasiya olunsa da, Azərbaycan təamlarını hazırlamağı yaxşı bilirlər.
Hazırda ailənin hər üzvü dörd restorandan ibarət şəbəkəni idarə edir və lazım gəldikdə isə adi işçi kimi çalışmağa da yox demirlər.
Cəbrayıl Əhmədov deyir ki, İspaniyada Azərbaycanı tanıyan azdır deyə onun restoranında Azərbaycan xörəklərini demək olar ki, ancaq bu ölkədə yaşayan azərbaycanlılar sifariş edir.
“Amma ispanlardan kim ki, tanış olur, onda çox tərifləyir”- deyə Cəbrayıl Əhmədov bildirib.