Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mağazalar bağlandı: Metronun "20 Yanvar" stansiyası zibil altında qaldı
"Bakı Metropoliteni" QSC-dən metronun "20 Yanvar" stansiyasının yeraltı keçid hissəsinin tullantılarla zibillənməsi məsələsinə münasibət bildirilib.
Bu barədə Publika.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ərazi qurumun tabeliyində deyil:
"Bakı Metropoliteni"nin orada hər hansı işlərlə məşğul olma səlahiyyəti yoxdur. Ümumiyyətlə, "Bakı Metropoliteni"ndə təmizlik işinin təşkili, yerinə yetirilməsi, işlərin normativlərə bölünmə prinsipi və digər məsələlər "Bakı Metropoliteni"nin səlahiyyətində deyil".
Metronun "20 Yanvar" stansiyasının keçidi acınacaqlı durumdadır.
Publika.az xəbər verir ki, bir neçə gün əvvəl heç bir səbəb göstərilmədən ərazidəki bütün mağazalar bağlanıb. Alış-veriş tamamilə dayandırılıb. Mağazalar fəaliyyət göstərdiyi vaxtı həmişə təmiz və səliqəli olar ərazi hazırda zibilxanaya çevrilib.
Videodan göründüyü kimi, insanlar paketlərdə olan zibilləri yerə atıb və heç bir təmizlik işləri də aparılmır, stansiyanın keçidində antisanitariya hökm sürür.
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bakı metrosunda qatarlar arasında interval niyə 9 dəqiqəyə çatır?
- Bakıda artıq bir neçə yeni metro stansiyasının yeri müəyyənləşdirilib
- "Ulduz" stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti AÇIQLANDI
- Bakı metrosunda PROBLEM: Sərnişin relsin ÜZƏRİNƏ DÜŞDÜ
- Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB
Rəylər