Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Narkotik təsiri altında avtomobil sürən şəxs saxlanıldı: Valideyni polisə müqavimət göstərdi
Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisində yerləşən stasionar postunda KIA markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb, lakin YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib.
Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib.
Hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Taksi sürücülərinin qiymətləndirilməsi sərnişinlərin təhlükəsizliyini artırır?
- Şamaxıda "Niva" ağaca çırpılıb, ölən var
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Suraxanıda qadına qarşı soyğunçuluq edən şəxs SAXLANILDI
- Sumqayıtda mənzillərin su sayğaclarına qənim kəsilən şəxslər SAXLANILDILAR