Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.
Qəbul imtahanlarının nəticələrinə əsasən 3 nəfər abituriyent 700 bal toplayıb.
Oxu.Az həmin abituriyentlərin siyahısını təqdim edir:
IV ixtisas qrup üzrə imtahan verən abituriyentlərdən yalnız bir nəfər 700 bal toplamağa müvəffəq olub.
Həmin şəxs Fiziki, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyevadır.

I ixtisas qrupu üzrə isə 27 min 478 nəfər imtahan verib və onlardan ikisi 700 bal toplayıb.
Onlardan biri İsmayıllı rayon 6 saylı orta məktəbin məzunu Vasi Əsədovdur.

Digəri isə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əsra Bayramovadır.

Elvin Paşazadə
www.oxu.az