Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Marketdən alınan şokoladdan qurd çıxıb - Ekspertdən AÇIQLAMA + YENİLƏNİB + VİDEO
Marketdən alınan şokoladdan qurd çıxıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bəzi marketlərdə çəkisinə görə qiyməti hesablanan şokoladların üzərində məhsulun son istifadə tarixi yazılmır.
Bəs bu məqamda vətəndaşların təhlükəsizliyi necə təmin olunur?
Satıcılar deyiblər ki, sözügedən məhsullar marketlərə topdan gəlir və paketlərdə qablaşdırılır.
Paketlərin üzərində isə məhsulun istehsal və bitmə tarixi yazılır.
Qida eksperti İsa Əliyev bildirib ki, məhsulun istifadə müddəti ilə yanaşı, onun saxlanma şəraiti də önəmlidir. Çünki şokoladların tərkibindəki əlavə dadlandırıcı vasitələr reaksiyaya girərək xoşagəlməz görüntüyə səbəb ola bilər. Eləcə də qənnadı məhsullarını alarkən onların qablaşdırılmasına da nəzarət edilməlidir:
“Açıq şəkildə satılan məhsullar təhlükə mənbəyidir. Məhsulun istehsal və son istifadə tarixi mütləq şəkildə üzərində qeyd olunmalıdır. Əks təqdirdə həmin məhsuldan çəkinmək lazımdır”, - ekspert qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
14:58
Bakıda istehsal olunan konfetin içindən qurd çıxıb.
Oxu.Az-ın məlumatına görə, sakinlərdən biri mağazadan konfet alıb.
Evə apardıqda isə konfetlərin qurdlu olduğunu görüb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.
AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt qurum tərəfindən nəzarətə götürülüb:
“Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.
İlhamə Əbülfət
Rəylər