Masallı rayonunun Qızlavar kəndində yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Masallı rayonu, Qızlavar kəndinin ərazisində vətəndaşa məxsus, hazırda fəaliyyət göstərməyən birmərtəbəli obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 65 kv.m olan birmərtəbəli obyektin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.