Masallı rayonunun Şıxlar kəndində etiraz aksiyası keçirilir.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovun məlumatına görə, Masallıda əhalinin bu narazılığına səbəb Aşıq Telli Borçalının 20 Yanvar hüzün günündə Masallıda toyda iştirak etməsini bildirməsidir.
“Hazırda Masallı Rayon İcra Hakimiyyətinin binasında yetkililərlə görüşürəm. Bura Masallı camaatı yığışıb və 20 Yanvar günündə toy edilməsi xəbərini özlərinə təhqir hesab etdiklərini, bunun aydınlaşmasını tələb edirlər.
Bura yığışan əhali də, İcra Hakimiyyətinin və polisin nümayəndələri də belə bir toy mərasiminin olmadığını bildirirlər. Aşıq Telli Borçalının toy xəbəri yalandır, yəqin ki, biz masallılar bunun sonuna çıxacağıq”, - deyə, redaktor bildirib.