ANS-dən mənə zəng edib sazçalan Namiqlə bağlı sual veriblər. Deyiblər ki, Namiq saz çalıb oriyental oynayıb. Mən də onunla danışmadığım üçün dedim ki, burada yoxam, Masallıdayam. Bunlar da götürüb yazıb ki, Telli Masallıya toya gedib. Bu necə inandırıcı ola bilər ki, Telli haradasa ad günü eləsin, toya getsin… Belə şey ola bilməz. Mir Mövsüm Ağanın qəbrinə and olsun ki, elə şey olmayıb, ANS yalan yazıb.
Oxu.Az Aznews-a istinadən xəbər verir ki, bu barədə yanvarın 20-si – Ümummilli matəm günündə toyda iştirak etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən aşıq Telli Borçalı deyib.
Xatırladaq ki, Telli xanım dünən toyda iştirakı barədə “Salam, Azərbaycan” proqramının xüsusi müxbiri Natiq Nailəoğlu ilə telefon danışığında bildirib.
“Qurban sənə, mən Bakıda deyiləm, Masallıdayam. Axşam mənim toyum var”.
Müxbirin, “20 Yanvar günü kimin toyudur?” sualı qarşısında çaşan Telli Borçalı, əslində toyda yox, ad günündə olduğunu bildirib.
Müğənninin sözlərinə görə, yayılan xəbərlər yalandır:
“ANS-ə zəng etdim. “Günəbaxan” verilişinin prodüseri Könüllə danışdım. Dedim ay Könül, bu nədir? Əhvalatı danışdım. Nə qədər şərəfsizdir o gədə. İnsanların əsəbi ilə oynamaq nəyə lazım? Sən faktı yaz da. Bu dəqiqə ANS-ə zəng edəcəm. Bu məsələdə axırına qədər gedəcəm.
Bəsdirin də, nə qədər yalan xəbərlər yaymaq olar. Bu yalanlarla insanları xəstə eləmisiniz. Bir başa ora gedəcəm. Bunu belə qoymaq olmaz. Təcili təkzib verməlidirlər. Yoxsa məhkəməyə müraciət edəcəyəm”.