Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri 2013-cü ildə 10,7% artıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında Dövlət Statistika Komitəsinə istinadən bu barədə məlumat yerləşdirilib.
Məlumata əsasən, 2013-cü ildə müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib.
İnformasiya və rabitə xidmətlərinin ümumi həcmindən 72,4%-i əhaliyə göstərilən xidmətlərin payına düşüb.
Bu arada əldə edilmiş gəlirlərin 59,1%-i mobil rabitə xidmətlərinin payına düşüb.
Ötən il ərzində mobil rabitə sahəsində əldə edilmiş gəlirlərin ümumi həcmi 902,5 milyon manat təşkil edib, bu da 2012-ci ilin göstəricisindən 17,4% çoxdur.
Gülnarə Zeynalova
www.oxu.az