Masallıda gənc oğlan göldə batıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, rayonun Sığdaş kəndində 1992-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Xəlil oğlu göldə çimərkən batıb.
Z.Qurbanovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.