Masallı rayonunda meyvə-tərəvəz anbarında baş verən yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, APA-nın Cənub bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 6 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Ümumi sahəsi 1600 kv/m olan anbarın 1450 kv/m sahəsi yanaraq yararsız hala düşüb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
14:48
Masallı rayonu, Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında yanğın hadisəsi baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
E,Ə.
www.oxu.az