Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Masallıda iki maşın toqquşub, bir nəfər ölüb
Masallıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi vaş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Ə.İsayevin idarə etdiyi "Opel" markalı avtomobillə M.Kişiyevin idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.
Sürücünün idarəetməni itirməsi nəticəsində "Toyota" yolun ehtiyat hissəsi ilə hərəkət edən piyada 59 yaşlı Camal Ağayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə xəsarətlər alıb.
Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?
- Azərbaycanda Ümrə ziyarətindən qayıdan mühəndis faciəli şəkildə ÖLDÜ
- Bakıda DƏHŞƏTLİ QƏZA- Qardaşından səkkiz ay sonra öldü
- Lerikdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların VƏZİYYƏTLƏRİ AÇIQLANDI
- Şəkidə azyaşlı atasının maşınını aşırdı - Xəsarət alanlar var