Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

NATO sammiti zamanı elektrik kəsilə bilər
Niderlandın Haaqa şəhərində 24-25 iyun tarixlərində planlaşdırılan NATO sammiti zamanı mümkün elektrik kəsintiləri ilə bağlı narahatlıq var.
Oxu.Az vesti.ru-ya istinadən xəbər verir ki, bu narahatlıq şəhərdə yaxın zamanda baş vermiş genişmiqyaslı elektrik kəsintisi fonunda artıb.
Keçən həftə Haaqanın mərkəzində təxminən 45 min ev elektrik enerjisiz qalıb. Hadisə nəticəsində tramvaylar dayanıb, işıqforlar sönüb və rabitə vasitələrində nasazlıqlar yaranıb.
Haaqada keçiriləcək iyun sammitində təxminən 45 dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri, həmçinin təxminən 6 min nümayəndə heyəti üzvü iştirak edəcək. Tədbirdə ümumilikdə 8 500 rəsminin iştirakı gözlənilir.
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- Ermənistan ordusunu NATO standartlarına uyğun qurmaq istəyir
- NATO-nun XİN rəhbərləri Türkiyədə toplaşacaqlar
- Politoloq Aqil Məmmədov: "ABŞ-İran qarşıdurmasında tarix təkrarlana bilər"
- ABŞ-Çin tarif müharibəsinin YENİ DALĞASI: Azərbaycanın qarşısında açılan fürsətlər və çağırışlar
- Lavrov: "Əl sıxma və şərəf sözü NATO üçün heç bir əhəmiyyət kəsb etmir"