Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü
Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.
27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.
Öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.
Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda "Yeddi Gümbəz" qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün O.Hacıyev azadlıqda olub.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Tanınmış idmançını qətlə yetirən Orxan Hacıyev niyə azadlıqda idi?
- Azərbaycanlı çempion Ukraynada qətlə yetirildi
- Lənkərandakı QƏTLİN TƏFƏRRÜATI: Qadının işində olan problemləri ailəsinə də sirayət edibmiş
- Arvadını qətlə yetirən 55 yaşlı kişinin etirafları: "Qızımın ailəsini dağıtdı, məni bezdirdi"
- Biznesmeni qisas zəminində öldürən şəxsə 11 il həbs cəzası verildi