Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sülh və gərginlik arasında: Erməni mediası Paşinyanı necə qiymətləndirir?
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, "Sputnik Armenia" nəşri "Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatdır" başlıqlı xəbəri oxucularının diqqətinə çatdırıb.
Mənbə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinq zamanı səsləndirdiyi fikirlərə istinad edib.
"Biz tərəfdaşlarımızı təmkinli olmağa, vəziyyətin eskalasiyasına gətirib çıxaracaq hər hansı addımlardan təkidlə çəkinməyə çağırırıq. Bütün məsələləri istisnasız olaraq dinc, siyasi və diplomatik yolla həll etmək lazımdır", − deyə xəbərdə qeyd olunub.
Ermənistanın "JAM-news" nəşri xəbər verir ki, Ermənistan-Azərbaycan danışıqlarındakı irəliləyiş əsasən bu ölkənin baş naziri Nikol Paşinyanın davamlı səyləri sayəsində mümkün olub. O, razılıq əldə etmək naminə bir neçə güzəştə gedib.
Mənbə qeyd edir ki, bu barədə Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin yekunlaşmasına dair məqaləsində bildirib.
O vurğulayıb ki, irəliləyiş İrəvanın əvvəl həll olunmamış iki maddə ilə bağlı Bakının təkliflərini qəbul etməsindən sonra əldə olunub.
Rusiyanın "Gazeta.ru" nəşri oxucularının diqqətinə çatdırır ki, Böyük Britaniya tarixdə ilk dəfə Azərbaycana hərbi attaşe təyin edib. Nəşr yazır ki, yeni attaşenin Qevin Tarbard olduğu Böyük Britaniyanın Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsində qeyd olunub.
"Bu, Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsini vurğulayan tarixi addımdır, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", − deyə mənbədə bildirilib.

"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyanın kəskin dönüşü: Ermənistan və Rusiya dostluğu haqqında danışmaq hələ tezdir
- Paşinyan Əraqçını qəbul edib
- Paşinyan Azərbaycanın tələblərinə uyğun bəzi dəyişikliklərə gedəcəyinin anonsunu verib
- Makrona zəng, sərhəddə atəş səsləri - Erməni baş nazir nədən narahatdır?
- Paşinyandan Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupu il bağlı AÇIQLAMALAR