Masallıda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, rayonun Böyük Kolatan kəndində 1941-ci il təvəllüdlü Səmayə Hacıağa qızı Şirəliyeva “ZİL” markalı yük maşınından ot almaq istəyib.
Ot bağlaması ilə dolu avtomobil qadının həyətinə girərkən avtomaşında nasazlıq yaranıb və əyləci tutmayıb. Bu zaman arxada olan qadın nəqliyyat vasitəsi ilə su çəninin arasında qalaraq, ölüb.
Fakt araşdırılır.
E.Ə.
www.oxu.az