Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Masallıda ticarət mərkəzində baş vermiş yanğın söndürülüb, cinayət işi başlanıb - YENİLƏNİB + FOTO/VİDEO
Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Bu, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında əksini tapıb.
“Oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal FHN-nin əməkdaşları hadisə yerinə çıxıb.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb”, - deyə məlumatda qeyd edilib.
17:05
Masallı şəhərində bazar ərazisində baş verən yanğın görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyiindən (FHN) məlumat verilib.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
16:55
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
Apa-nın məlumatına görə, hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. bir nəfərə sol qolun kəsilmiş yaraları, dörd nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcəkdir.
16:37
Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.
“Report”un cənub bürosu xəbər verir ki, bu barədə bazarın yeni sahibi Afər Cahangirov deyib.
O, qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlərin yaranmasına səbəb olub.
“Çox güman ki, yanğın qəsdən törədilib”, - deyə o vurğulayıb.
16:21
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
15:55
Masallı şəhərində yerləşən və “Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə barədə əlavə məlumat veriləcək.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olundu
- Beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
- Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı
- Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
- Xızının prokuroru QƏZAYA DÜŞDÜ - Xəsarət alanlarla bağlı SON VƏZİYYƏT AÇIQLANDI