Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Masazır sakinlərinin yol problemi: "Kanalizasiya suları asfalt örtüyünü də yuyub"
Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri küçələrindəki bərbad vəziyyətdən əziyyət çəkirlər.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlanıb.
Onların sözlərinə görə, Masazır qəsəbəsi H.Z.Tağıyev küçəsi, 74 ünvanında bir aydır ki, küçə acınacaqlı vəziyyətdədir.
"Yeraltı kanalizasiya suları asfalt örtüyünü yuyub və təhlükəli vəziyyət yaranıb. Bununla bağlı məsul orqan tərəfindən heç bir tədbir görülmür", - deyə şikayətdə qeyd olunur.
Abşeron rayonu, Masazır kənd bələdiyyəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kəndi ərazisində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
"Buna görə də ərazidə məskunlaşmış sakinlər tərəfindən uzun zaman öncə kustar üsulla, norma və tələblərə cavab verməyən kanalizasiya xətti çəkilib.
Son yağışlardan sonra ərazidə mövcud olan kanalizasiya kollektorunun yaxınlığında çökmə yaranıb. Yaranan çökəklikdə kənd bələdiyyəsi tərəfindən təmir-bərpa işlərinin aparılması üçün yığılan mövcud suyun çəkilməsi gözlənilib.
Qeyd edək ki, əraziyə aidiyyəti üzrə mütəxəssislərin iştirakı ilə baxış keçirilib və gün ərzində lazimi tədbirlərin görülməsi nəzərdə tutulub", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Göygölün Üçtəpə kəndində YOL PROBLEMİ: "Uşaqlar ayaqlarına sellofan geyinirlər"
- Avtokran sürücüsü cərimə protokolu ilə razı deyil: "Maşını sürə bilmirəm"
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib