Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
24 gün əvvəl Goranboyda minaya düşən hərbçi evinə qayıtdı
24 gün əvvəl Goranboyun Gülüstan kəndi ərazisində minaya düşərək yaralanan Qədim İbrahimov müalicəsinin bir hissəsini başa vuraraq öz doğma yurduna - Tatarlı kəndinə qayıdıb.
10 ildən artıqdır hərbçi kimi xidmət edən Q.İbrahimov hadisə ilə bağlı Baku TV-yə danışıb:
"Düşmənin basdırdığı piyada əleyhinə minaya düşdüm. Anidən partlayış oldu. Evdə üç veteran var idi. İndi isə iki veteran, bir qazi var".
Vətənpərvər ailədə böyüdüyünü deyən Qədimin atası Birinci Qarabağ müharibəsi iştirakçısı olub, böyük qardaşı isə hazırda hərbçidir.
Qeyd edək ki, Qədim İbrahimov Aprel döyüşləri, Vətən müharibəsi və Antiterror tədbirlərində iştirak edib, bir neçə medal və fəxri fərmanla təltif olunub.
Rəylər