Goranboyda avtomobil dərəyə aşıb, şəhid anası vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Goranboy rayonunun Todan kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva şəhid anası olub.
Onun oğlu Sirac Qulu oğlu Həsənəliyev 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Todan kəndində dinc əhalinin yaşadığı ərazini raket atəşinə tutması nəticəsində həlak olub. Həmin vaxt evlərinin qarşısında oynayan Sirac aldığı qəlpə yarasından həyatını itirib. O, cəmi 6 yaşında şəhid olub.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Totan kəndində baş verib. VAZ-2121 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində sərnişin, 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli