Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda baş verib.
Belə ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Arzu Vəliyevi "Ford" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12