Goranboyda avtomobil qəzasında xəsarət alanların son vəziyyəti məlum olub.
Oxu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) noyabrın 2-də saat 06:00-da Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir".
Yusuf Məmmədli
Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli