Bu gündən rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış saatları dəyişib.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarında etdiyi dəyişikliyə əsasən, yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq.
Bu avtomobillər saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər.