29 May Şənbə günü “Prostokvaşino” brendi geniş miqyaslı kulinar eksperiment keçirib. Juri tərəfindən seçilən 9 iştirakçı xama və təzə tərəvəzlərlə hazırladıqları öz orijinal respetlərini bizlərlə bölüşüb. Final seçimləri bloqer və “Bulvar Otel”in aşpazı tərəfindən səs vermə yolu ilə seçilib. Yarışda 100 nəfərdən çox iştirakçı olub.
Kulinariya təşəbbüsü Bakıda təzə tərəvəz mövsümündə xama ilə yeməklərin yeni çeşidlərini tapmaq məqsədi ilə “Prostokvaşino” brendi tərəfindən təşkil edilib. Aşpazlıq sahəsində daha çox müvəffəqiyyət əldə etmələrini dəstəkləmək üçün finalçılara pul mükafatları təqdim edilib.
Ayrıca, “Matroskin”, qaliblərin ləzzətli reseptlərini izləyicilərlə sosial şəbəkələrdə paylaşacağına söz verib!
“Food” bloqerləri Ramila Fətullaeva, Nəzakət Cəfərova, Emiliya Əliyeva və aşpaz Əbülfəz Həbibovun dəstəyi ilə “Prostokvaşino” ilə hazırlanan yeməklər qiymətləndirilib və 3 qalib seçilib. Onlar markanın süd və süd məhsullarından ibarət səbətlər və pul mükafatı qazanıblar.
“Ümid edirik ki, kulinariya təcrübəmiz sizləri yeni kulinariya şedevrlərini kəşf etməyə, maraqlı reseptləri bölüşməyə və “Prostokvaşino” ilə yemək bişirməyə həvəsləndirəcək”, -deyə “Danone” marka meneceri Anastasiya Salmanova öz çıxışında qeyd edib.
Fəaliyyətlərimizi izləməyə davam edin, sizlər üçün daha maraqlı şeylər hazırlamışıq!
Təşkilatçı: “Intella Global” LLC.
Daha ətraflı məlumat: “Filiz Baştuğ” - GSM 077 301 11 32