Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maya Rəcəbova: "Azərbaycanın azad edilmiş ərazilərindən keçərkən göz yaşlarımı saxlaya bilmədim"
Qonşu ölkədən bir qrup səyyahın tərkibində Qarabağ regionuna gələn Gürcüstan sakini Maya Rəcəbova işğaldan azad edilmiş ərazilərə səfər etmək imkanına görə minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, o, Azərbaycanın tarixi şəhəri Xankəndidə olmağın sevincini bölüşüb.
"Azad edilmiş ərazilərdən şəhərə gedən yolboyu bu torpaqlar uğrunda Azərbaycan xalqının nə qədər qanının töküldüyünü düşünərək, göz yaşlarımı saxlaya bilmədim", - deyə M.Rəcəbova qeyd edib.
Səyyah vurğulayıb ki, o, Gürcüstanda xeyriyyə mərkəzinin rəhbəridir. Bununla yanaşı, M.Rəcəbova bildirib ki, Qarabağa daha tez-tez səfər etmək, o cümlədən mərkəzin himayəsində olanlar üçün səfərlər təşkil etmək istərdi: "Onlar Azərbaycana gəlməyi çox arzulayırlar".
Rəylər