Səudiyyə Ərəbistan Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prezidenti Mazin İbrahim Al-Kahmous "Azərbaycan Prokurorluğunun 100 illiyi" medalı ilə təltif edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycanın Baş Prokurorluğunda təltifetmə mərasimi keçirilib. Baş prokuror Kamran Əliyev medalı təqdim edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistan Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prezidenti Mazin İbrahim Al-Kahmous Bakıda səfərdədir. Səfər çərçivəsində o, baş prokuror Kamran Əliyevlə görüşüb.