Azərbaycan Təhsil Nazirliyi işğal altında olan bölgələrdən olan şagirdləri hərbi məktəblərə müsabiqədən kənar qəbul edilməsi haqqında təkliflə çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə ATV kanalında məlumat verilib.
“Gəncləri hərbi təhsil müəssisələrində təhsil almağa cəlb etmək üçün Təhsil Nazirliyi Nazirlər Kabinetinə bu bölgələrdən olan uşaqların müsabiqədən kənar qəbul edilmələri haqqında təklif göndərib”, - respublikanın təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə aparılan tədqiqatlar göstərib ki, məzunlar arasında hərbi ixtisaslara maraq azalıb.
“Müharibə şəraitində olan dövlət olduğumuz halda bu məsələ bizi düşünməyə vadar edir”, - deyə o əlavə edib.
Azərbaycanın işğal edilmiş bölgələrinin məktəblərində IX sinif şagirdlərinin arasında oğlanların sayı 3,733 min, XI sinif şagirdləri arasında isə 2,907 min nəfərdir.