Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə yanğın olub.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Tikilinin 670 m² sahəsi yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.