Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Məhəllələrdə asfalt örtükləri dağılıb" - Sumqayıtdan ŞİKAYƏT
Sakinlər Sumqayıt şəhəri, 2-ci mikrorayon və 34-cü məhəllədə daxili yolların yararsız vəziyyətdə olmasından narazıdırlar.
Onlar bildiriblər ki, şəhərdə mikrorayon və məhəllələrin həyətləri çox pis, bəzən keçilməz vəziyyətdədir:
"Tək bir məhəllə deyil, demək olar ki, əksər mikrorayon və məhəllələrdə həyətlər bərbad gündədir. Asfalt örtükləri dağılıb".
@oxuaz Sumqayıt sakinləri yolun şəraitsizliyindən narazıdırlar #sumqayıt
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazilərdə asfaltlanma işlərinin aparılması nəzərdə tutulub:
"Sumqayıt şəhərində son illər 50-dən çox prospekt və küçədə, bir o qədər də məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlanma işləri aparılıb. Hazırda bu proses tədbirlər planına uyğun olaraq davam etdirilir. Qeyd olunan ərazilərdə də yaxın günlərdə asfaltlanma işlərinin aparılması nəzərdə tutulub. Hava şəraiti normallaşan kimi asfaltlanma işləri davam etdiriləcək".
Aygün Mirakif
"Azərbaycanda yol problemi" teqi üzrə xəbərlər
- "Zəngilan şəhərciyi"nin sakinləri öz pulları ilə yolu təmir edirlər?
- Xətai sakinlərinin problemi niyə həll edilmir?
- "Abşeronda yeni çəkilən yol su içində qalıb" - SƏBƏB NƏDİR?
- Qəbələnin Kürd kəndinin həll edilməyən problemləri: "Yayda tozdan, qışda palçıqdan gəzə bilmirik"
- İsmayıllıda kənd sakinləri çarəsiz qalıblar: "Aidiyyəti qurumlara müraciət etsək də, baxmadılar"