"Heç bir qurum itkin şəxslərlə bağlı humanitar çağırışı təkbaşına yerinə yetirə bilməz".
Oxu.Az-ın məlumatına görə, bunu Pakistan Ali məhkəməsinin vəkili Məhəmməd Sohail Səcid "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, itkinlərin aqibətini müəyyənləşdirməklə həmin şəxslərin ailələrinin acıları azaldılmalıdır: "Bizim çağırışlarımız ortaqdır. Azərbaycanın davamlı liderliyi və məhz bu konfransı təşkil etməsi çox gözəl örnəkdir".