Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhkəmə “Azərsu”nun yanlış adamdan şikayətçi olduğunu ortaya çıxardı, bəraət verdi
“Azərsu” ASC xüsusi ittiham qaydasında vətəndaş Zaur Orucov barəsində Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Azərsu” şikayətində göstərib ki, Z.Orucov yaşadığı ərazidə su gəlmədiyini deyərək sosial şəbəkə vasitəsilə qurum haqqında təhqiramiz ifadələr səsləndirib.
Lakin məhkəmə araşdırması zamanı ortaya çıxıb ki, “Azərsu” yanlış adam haqqında şikayət verib. Sosial şəbəkədəki hesabın sahibi Z.Orucov deyil. Buna görə də həmin şəxsə bəraət verilib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər