Heydər Əliyev Fondu dünən vəfat edən əməkdar artist Xanım Qafarovanın qızını himayəyə götürüb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib.
Q.Paşayeva qeyd edib ki, fond mərhum aktrisanın azyaşlı qızının bütün xərclərinin qarşılanması, həyat şəraitinin yüksəldilməsi və yaxşı təhsil alması üçün əlindən gələni edəcək.