Bakıda 182 nömrəli tam orta məktəbin müəllimlərinin təhsil ocağında məclis təşkil etməsinə aydınlıq gətirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən məktəbdən qeyd olunub ki, videogörüntülər qeyri-dərs vaxtı çəkilib.
"Məktəbin texniki işçiləri və laborantlar yeni tədris ili ərəfəsində aparılan təmizlik və digər hazırlıq işlərini bitirdikdən sonra nahar etmək üçün icazə alaraq otaqda yemək yeyiblər".
Xatırladaq ki, avqustun 27-də Binəqədi rayonu 182 saylı məktəbdə baş verən hadisə ilə bağlı bir vətəndaş Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, müəllimlər məktəb binasında şəxsi məqsədlər üçün məclis təşkil ediblər.
Aygün Mirakif