Bakı şəhəri 8 nömrəli orta məktəb yeniliyə imza atıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dərsdə fasilə zamanı zəng yerinə vətənpərvərlik mahnıları səsləndirilir. Bu barədə ANS TV-nin aparıcısı Elnarə Təhməzova sosial şəbəkədə məlumat verib, video paylaşıb.
Videoda fasilə zamanı xalq artisti Faiq Ağayevin “Azərbaycan” adlı mahnısı səsləndirilir.
Həmin videonu təqdim edirik.