"Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası" təsdiq olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qayda "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında" Prezidentin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını müəyyən edir.
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi məktəbəqədər təhsilin əhatə dairəsinin
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqə əsasında həyata keçirilir. Müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən hər il keçiriləcək.
Müsabiqənin keçirilməsi müddəti Nazirlik tərəfindən müəyyən edilir.
"Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri müsabiqədə iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.
Layihədə dövlət dəstəyinin ümumi məbləği ondan faydalana biləcək təhsilalanların sayından, bu Qaydanın 3.3-cü bəndində göstərilən məbləğdən və layihənin icra müddətindən asılı olaraq müəyyən edilir.
Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 (üç yüz əlli) manat, digər regionlar üzrə isə 250 (iki yüz əlli) manat məbləğindən çox olmamaqla nəzərdə tutulur.
Layihələrin icra müddəti 10 (on) aydan çox olmamalıdır.
Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.