Sumqayıtda güclü külək nəticəsində orta məktəbin damı uçub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in qaynar-xəttinə daxil olan məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində yerləşən 34 saylı orta məktəbdə baş verib.
Oxucuların verdiyi məlumata görə, yağış yağarkən sinif otaqlarına su damcılayır və otaqlar xeyli soyuq olur. Məsələ ilə bağlı bir neçə dəfə məktəb direktoruna müraciət edilsə də hələlik heç bir tədbir görülməyib.
Təhsil Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinə müraciət olunacaq.
Nazirlikdən əmin ediblər ki, qısa zamanda araşdırma aparılacaq və problem aradan qaldırılacaq.
E.Ə.
www.oxu.az