Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Məktəblərdə dərsliklər indidən yığılır? - Agentlik aydınlıq gətirdi
Bir sıra məktəblərdə, o cümlədən paytaxtın bəzi ümumtəhsil müəssisələrində dərs vəsaitlərinin indidən yığılmasına başlanılıb. Tədris ilinin hələ başa çatmadığını nəzərə alsaq, bu, haqlı olaraq narazılığa səbəb olur.
"Azərbaycan müəllimi"nin sorğusuna əsasən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məsələyə aydınlıq gətirilib.
Bildirilib ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayıb və 14 iyun 2024-cü il tarixində başa çatır.
Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.
Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunublar
- Regional təhsil idarələrinə yeni müdirlər təyin olunublar
- Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub
- Buraxılış imtahanından "iki" alanlara attestat veriləcək?
- Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək