Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Slovakiyanın baş nazirindən sui-qəsd cəhdi ilə bağlı ilk AÇIQLAMA
Slovakiyanın Baş naziri Robert Fitso mayın 15-də Qandlova şəhərində hökumətin iclasının ardından törədilmiş sui-qəsd cəhdindən sonra ilk şərhini verib.
Oxu.Az xəbər verir ki, onun videomüraciəti özünün "Facebook" səhifəsində paylaşılıb.
Slovakiya hökumətinin başçısı bildirib ki, ona sui-qəsd cəhdi edən Yuray Tsintula qarşı nifrət hiss etmir. O, iyulun əvvəlinə qədər işinin başına qayıtmağı planlaşdırdığını da qeyd edib.
"Mən onu bağışlayıram və ona nifrət etmirəm... O, sadəcə şər və siyasi nifrətin elçisi olub", - deyə baş nazir bildirib.
"Robert Fitso" teqi üzrə xəbərlər
- Robert Fitso: "Slovakiya qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır"
- Fitso: "Ukraynaya bir sent belə göndərməyəcəyəm"
- Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər
- Parisdə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsi məsələsi müzakirə ediləcək
- Rusiya qazının "Türk axını" boru kəməri ilə Slovakiyaya tədarükü bərpa edildi
Ən çox oxunanlar