Ali məktəblərin magistraturasına daxil olan şəxslər qeydiyyat prosesinə çox məsuliyyətsiz yanaşır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransı keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ali təhsil ocaqlarında magistraturaya qeydiyyatdan keçməyənlərin yeri qeydiyyat müddəti başa çatdıqdan sonra boş yer kimi elan ediləcək.
“Məsələn, Bakı Dövlət Universitetində 630 nəfər magistraturaya qəbul olub. Lakin cəmi 5%-i qeydiyyatdan keçib. Azərbaycan Texniki Universitetində isə cəmi 11%-i qeydiyyatdan keçib. Halbuki, qeydiyyat iyulun 5-də başa çatır. Əgər abituriyentlər vaxtında qeydiyyatdan keçməsələr onların nəticələri ləğv olunacaq. Yerlər isə universietlərdə əlavə boş yer kimi elan ediləcək”.