Bakıda Xocalı prospektində yol örtüyü təmir edilir.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, yolun bir hissəsi tamamən asfaltla örtülüb və hərəkət üçün açıqdır, digər hissədə isə təmir işləri hələ də davam edir. Asfalt işlərinin əksəriyyəti başa çatıb. İşləri yaxın günlərdə başa çatdırmaq nəzərdə tutulub.
Asfalt çəkmə işlərinə 5 ədəd ağır texnika cəlb edilib. Asfalt örtüyü işi bitdikdən sonra işarələmə və yol nişanları qoyulacaq.
Qeyd edək ki, asfalt çəkmə işinə qədər 1080 metr uzunluğunda 315 mm diametri olan yeni qaz borusunun çəkilməsi üçün tranşey qazılıb. Bundan başqa, bu yaxınlarda Xocalı prospektində tunel tipli kanalizasiya kollektoru tikilib. Tunelin uzunluğu 400 metrdir. Diametri isə 1200 mm., axtaların sayı 2-dir.