“İmtahanların proqramları dekabr ayında yayımlanıb. Pandemiyaya görə çıxarılan mövzular yaxın vaxtda saytda yerləşdiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, imtahan proqramından mövzuların çıxarılması 9 və 11-ci siniflərə aiddir:
“Amma gələn il imtahan verəcək bu ilin 10-cu sinif şagirdlərinə bu, aid deyil. Onların tam proqramı mənimsəməyə vaxt və imkanı var”.
İlhamə Əbülfət