"Mənim gözləntim odur ki, insanlar mövcud "ağıllı şəhər"lərdən əldə olunan ən yaxşı təcrübələri bir-biri ilə paylaşsınlar".
Bu sözləri Oxu.Az-a açıqlamasında Sosial İnkişaf üzrə QHT Koalisiyasının rəhbəri Melvin Vaciri deyib.
O, innovasiyaların qarşılıqlı mübadiləsinin baş verməsini istədiyini bildirib:
"Bunu daha dostyana bir mühitdə həyata keçirə bilərik. Biz artıq bunun şahidi oluruq. Mən Bakı qonaqpərvərliyini gözləyirdim və ona da gördüm. Buradakı səmimiyyət və isti münasibət, həqiqətən, hiss olunur".
O, Azərbaycan şəhərsalma strategiyası barədə fikirlərini də bölüşüb:
"Düşünürəm ki, bu, inkişaf edən bir prosesdir. Azərbaycan 1993-cü ildə müstəqilliyini əldə edəndən bu günə qədər şəhərsalma sahəsində böyük inkişaf yolu keçib. Digər ölkələr də Azərbaycandan nümunə götürməlidirlər.
1993-cü ildən bu günə baxsanız, böyük dəyişiklikləri görə bilərsiniz. Mən Ağalı kəndini ziyarət etdim və orada qurulan "ağıllı şəhər" layihələrini gördüm. Həqiqətən, möhtəşəmdir. Mən bunu yüksək qiymətləndirirəm. Bu işlərin həyata keçməsinə dəstək olan rəhbərliyi xüsusi olaraq təqdir etmək istəyirəm. Bu, çox gözəl bir işdir".