Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məmmədli stansiyasında turniket çatışmazlığı: Sərnişinlər əziyyət çəkirlər
Məmmədli stansiyasında yaranan sıxlıq Bakı-Pirşağı-Sumqayıt elektrik qatarının sərnişinlərinin haqlı narazılığına səbəb olub.
Oxu.Az-a ünvanlanan müraciətdə bildirilib ki, stansiyada cəmi iki ədəd turniketin olması səbəbindən sərnişinlər günün pik saatlarında uzun növbələrdə qalmağa məcbur olurlar.
"Xüsusilə də yağışlı və küləkli hava şəraitində vəziyyət daha da acınacaqlı hal alır. Stansiyada cəmi iki turniket olduğu üçün günün pik saatlarında oradan keçmək çox çətin olur" ", - deyə müraciətdə bildirilib..
"Xüsusən də yağışlı və küləkli günlərdə insanlar çox əziyyət çəkir. Bu barədə dəfələrlə narazılığımızı bilidrsək də, tədbir görən yoxdur", - deyə oxucu yazıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə sorğu ünvanladıq
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin sonuna kimi Məmmədli stansiyasında turniketlərin sayının artırılması planlaşdırılır.
Xatırladaq ki, ADY QSC-nin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı 2019-cu il noyabrın 19-da baş tutub.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Masazır yollarından ŞİKAYƏT: "Təmizliyə diqqət edən yoxdur"
- Suraxanı rayonunda içməli su problemi: "Yay gələndə vəziyyətimiz lap çıxılmaz olur"
- "Zibil əlindən tərpənmək olmur" - Yeni Günəşli sakinlərindən ŞİKAYƏT
- Sumqayıtda təhlükəli vəziyyət: "Səki yoxdur, işıqfor quraşdıra bilmərik"
- İsmayıllıda su anbarı ətrafına peyin və zibil töküldü: "Üfunətdən dayanmaq mümkün deyil"