Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Tottenhem" - "Qarabağ" görüşündə diqqət yetirilməyən ən vacib məqam - Hakim nə etsin?
Sentyabr ayının 26-da keçirilən "Tottenhem" - "Qarabağ" matçında bəlkə də heç kimin diqqət etmədiyi, amma ən maraqlı məqam görüşün baş hakimi Villi Delajo ilə bağlıdır.
Oxu.Az xəbər verir ki, fransalı hakim azərbaycanlı futbolsevərlərə heç də yad deyil.
Villi Delajo 2023-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Finlandiyanın HIK komandası ilə qarşılaşan "Qarabağ"ın görüşünü də idarə etmişdi.
Bir il öncə HIK - "Qarabağ" görüşünü idarə etmiş fransalı hakim qarşılaşmada verdiyi qərarlarla azərbaycanlı futbolsevərlərin rəğbətini qazana bilmişdi.
Belə ki, 2023-cü il avqustun 17-də keçirilən görüşün 16-cı dəqiqəsində HIK klubunun futbolçusu Kuassavi-Benissana ikinci sarıdan sonra qırmızı vərəqə göstərən hakim, daha sonra ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə rəqib qapısına penalti təyin etmişdi.
Həmin hakim ötən gecə keçirilən "Tottenhem" - "Qarabağ" görüşündə komandamıza istəməyərək də olsa, eyni köməyi etmiş oldu.
Belə ki, Villi Delajo qarşılaşmanın 8-ci dəqiqəsində Draqusinə qırmızı vərəqə göstərib, daha sonra isə 58-ci dəqiqədə rəqib qapısına penalti təyin etdi.
Xatırladaq ki, hakimin köməyinə rəğmən Toral Bayramov "Tottenhem"in qapısına təyin olunan penaltidən fərqlənə bilməyib, Olavio Juninyonun qolu isə ofsayd səbəbindən qeydə alınmayıb.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" görüşü "mahmızlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Anar Həsənov
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırdı
- Həbib Nurməhəmmədov və İslam Maxaçev Bakıya gəliblər
- "Fənərbağça"nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb
- Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: "Burada zəif komanda olmur"
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu