"Bu gün həm ağır, həm də qürurlu gündür. Cənab Prezidentin rəhbərliyi ilə Ordumuz 30 illik həsrətə son qoydu. Bu gün biz hamımız onlara borcluyuq. Şəhidlərimizin, qazilərimizin qanı-canı hesabına aldığı torpaqlarda biz rahat gəzirik".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.
O bildirib ki, torpaqlar gec-tez alınmalı idi:
"Torpaqlarımızın sülh yolu ilə geri qaytarılması üçün hər şeyi etdik, amma düşmən bizə başqa yol buraxmadı. Mən elə bilirəm ki, qardaşım hələ də hərbidədir və qayıdacaq. Atamı basdırandan sonra istəməzdim ki, gəlib qardaşımın qəbrini bəzəyim..."
Məhərrəm Əliyev
Rəylər